Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinə yeni sədr təyinatı olub. Belə ki, bu uzun müddətdir təşkilatda fəaliyyət göstərən Ağadadaş Kərimovun yerinə Bəxtiyar Həsənov təyin olunub.

Bəxtiyar Həsənov “Qafqazinfo”ya yeni tayinatla bağlı təəssüratlarını bölüşüb.

Bəxtiyar müəllim, yeni vəzifənizlə bağlı təəssüratlarınızı bölüşərdiniz…

-Hamıya məlumdur ki, bir neçə ildir Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyət təşkilatında durğunluq var idi. Demək olar ki, təşkilatın fəaliyyəti dondurulmuşdu, təşkilat fəaliyyət göstərmirdi. Bunun üçün də 10 iyun tarixində təşkilatın hesabat-seçki konfransı keçirildi və bu konfransda şura üzvləri yekdilliklə mənə səs verdilər, sədr seçildim. Əlbəttə, bu vəzifənin nə qədər çətin, məsuliyyətli olduğunu özüm də dərk edirəm. Mənə göstərilən etimadı çalışacağam ki, layiqincə doğruldum.

Daha əvvəlki fəaliyyətiniz nə olub?

-26 ildən artıqdır ki, Moskva şəhərində yaşayıram və biznes fəaliyyəti ilə məşğul oluram. Hazırda şirkətlər qrupunun rəhbəriyəm. 20 ilə yaxındır ki, xeyriyyəçilik fəaliyyəti ilə mütəmadi olaraq məşğul oluram. Həmvətənlərimizim, soydaşlarımızın çətin anlarında kömək edirəm, dünyasını dəyişən kimsəsiz insanların cənazəsini öz hesabıma vətənə yola salıram. Bu siyahı genişdi. Amma mən istəməzdim ki, bunu sadalayım. Çünki mən hər zaman gizli xeyriyyəçiliyin tərəfdarı olmuşam və buna görə də xalqın etimadını, hörmətini qazanmışam.

Moskva azərbaycanlılar üçün xüsusi bir yerdir. Oradakı planlarınız nədir?

-Rusiyada yaşayan çoxsaylı Azərbaycan diasporasının böyük bir hissəsi Moskva şəhərində yaşayır. Əlbəttə, Moskva Rusiyanın paytaxtıdır, böyük meqapolisdir. Həmvətənlərimizin burada problemləri olur, amma azərbaycanlıların Moskvada bu günə kimi döyə biləcəkləri bir qapı yox idi. Mükəmməl fəaliyyət göstərən bir diaspora təşkilatına böyük ehtiyac var idi. Ona görə də Moskva azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətini fikrimiz var ki, yenidən dirçəldək və təşkilatın işini mükəmməl şəkildə aparaq. Bunun üçün biz ziyalılardan, yaxşı dostlardan, hörmətli insanlardan ibarət bir komanda yaratmışıq. Komandamız tərəfindən inkişaf konsepsiyası hazırlamışıq və bu konsepsiya üzrə hərəkət edəcəyik. Fikrimiz diaspora cəmiyyətinin tam yeni bir modelini ortaya qoymaqdır. Bu model üzrə biz xalqla daha çox sıx əlaqədə, mütəmadi olaraq təmasda olmağa və xalqın ümid yeri olmağa çalışacağıq.

Bu vəzifəni icra edən Ağadadaş Kərimov övladını erməniyə ərə verməklə gündəmə gəlmişdi. Bu haqda nə deyə bilərsiz?

-Mən Milli-Mədəni Muxtariyyətin keçmişi ilə bağlı heç bir sualı cavablandırmamağı qarşıma məqsəd qoymuşam. Çünki bizdən əvvəlki sədrin şəxsi həyatı, onun keçdiyi yol bizim üçün maraqlı deyil. Biz optimist nəzərlərlə gələcəyə baxırıq və cəmiyyətin, yəni, Milli-Mədəni Muxtariyyətin bugünkü günü ilə gələcək prespektivkərinə aid olan istənilən bir sualı cavablandırmağa hazırıq.

Mənbə: https://qafqazinfo.az

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *