Əziz həmvətənlər!

Sizi şəxsən öz adımdan və Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin idarə heyəti və fəalları adından Novruz Bayramı münasibətilə ürəkdən təbrik edirəm!

Novruz Bayramı Azərbaycanımızın, xalqımızın zəngin milli-mədəni irsini təcəssüm etdirən ən gözəl bayramımızdır. Yazın gəlişini və təbiətin oyanışını müjdələyən Novruz rəmzi olaraq yeni ideya və fikirlərimizin, iş planlarımızın başlanğıcını bildirir.

Bu Novruz bayramı mənim üçün də simvolikdir. Mən bu gözəl bayram münasibətilə sizi məhz Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri kimi ilk dəfə təbrik etməkdən şərəf duyuram.

Dəyərli soydaşlarım!

Sizin hər birinizə möhkəm can sağlığı, sevinc dolu həyat, ailələrinizdə səadət və xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət, bütün işlərinizdə isə yeni nailiyətlər və parlaq qələbələr arzulayıram!

Novruz Bayramınız mübarək olsun!

Moskva Azərbaycanlıları
Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Şaban oğlu Həsənov

Moskva şəhəri, 21.03.2023

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *